AirTag üçün yeni TimeCapsule korpusu batareya ömrünü 5 ilə uzadır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple AirTag izləyicisinin batareya ömrünü əhəmiyyətli dərəcədə artırmaq istəyənlər üçün Elevation Lab yeni nəsil TimeCapsule qoruyucu qabını təqdim edib. Şirkətin əvvəlki modelindən daha kiçik olan bu versiya AirTag-in standart CR2032 tipli batareyasını əvəzləyərək iki ədəd AAA batareya ilə işləyir və nəticədə cihazın enerji ömrünü təxminən 5 ilə qədər uzadır.
Yeni TimeCapsule artıq Elevation Lab-ın rəsmi saytında və Amazon-da 19.99 dollara satışa çıxarılıb. Dörd ədədlik paket isə endirimlə 39.99 dollara təklif olunur. Əvvəlki versiyada olduğu kimi, yeni model də AirTag-in daxili batareyasını xüsusi elektrik kontaktı ilə əvəzləyir və gücü birbaşa AAA batareyalardan alır. Şirkət maksimal davamlılıq üçün Energizer Ultimate Lithium AAA batareyalarından istifadəni tövsiyə edir. Bunun səbəbi həm daha uzunmüddətli enerji təminatı, həm də uzun müddət açılmadan qalan cihazlarda yaranan batareya sızmalarının qarşısını almaqdır.
Paylaş