AirTag yenidən ucuzlaşdı
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple adətən məhsullarının qiymətlərini ciddi nəzarətdə saxlayır, lakin AirTag izləyiciləri mütəmadi olaraq endirimə düşən nadir cihazlardandır. Bayram mövsümü ərəfəsində bu məhsul yenidən sərfəli qiymətlə satışa çıxarılıb.
Hazırda Amazon platformasında 4 ədədlik AirTag dəsti 65 dollara təklif olunur. Bu, standart qiymətlə müqayisədə təxminən 33 faiz ucuzdur və indiyədək görülmüş ən aşağı qiymətlərdən birinə çox yaxındır.
AirTag-lər xüsusilə tez-tez səyahət edənlər üçün faydalıdır. Pasport, çanta və digər vacib əşyaların yerini asanlıqla izləməyə imkan verir. Apple AirTag-lər IP67 sertifikatına malikdir, yəni suya və toza davamlıdır. Dəyişdirilə bilən batareyaları isə təxminən 1 il işləyir. iPhone 11 və daha yeni modellərlə istifadə edildikdə Precision Finding funksiyası sayəsində itmiş əşyanın dəqiq istiqamətini göstərir. Bundan əlavə, bir AirTag-in yerləşdiyi mövqe 5 nəfərə qədər istifadəçi ilə paylaşa bilər ki, bu da ailələr və ya səyahət qrupları üçün olduqca rahatdır.
Paylaş