Logo
    main-post-cover

    Alexa+ qonaqları qarşılayacaq

    Cihazlar+
    19.12.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Amazon Alexa+ üçün yeni Greetings adlı funksiyanı təqdim edib. Bu funksiya Alexa+-ın Ring video qapı zənglərinə cavab verməsinə və qapıya gələn insanlarla danışmasına imkan yaradır. Şirkət bu yeniliyin istifadəçilərə evdə olmadıqları zaman belə qapıdakı vəziyyəti idarə etməyə kömək edəcəyini bildirir. Lakin funksiyanın istifadəsi üçün bir sıra məhdudiyyətlər mövcuddur. Greetings yalnız yeni nəsil Ring video zəng modelləri ilə işləyir. Bundan əlavə, istifadəçilərin Ring Premium Planına abunə olmasıAlexa+ erkən giriş (early access) versiyasına çıxışı olmalıdır. Funksiya hazırda yalnız ABŞ və Kanadada, ingilis dilində aktivdir.
        Amazon-un açıqlamasına görə, bu sistem qapıya gələn şəxsin kimliyini onun geyimi, əlində daşıdığı əşyalar və davranışlarına əsasən təyin edir. Süni intellekt qapıya gələn şəxsin dediklərini, vizual məlumatları və əvvəlcədən verilmiş təlimatları analiz edərək cavab verir. Məsələn, sistem kuryeri tanıyaraq ondan bağlamanı arxa qapıya qoymasını xahiş edə bilər.
        Bununla yanaşı, Amazon etiraf edir ki, texnologiya süni intellektə əsaslandığı üçün səhvlər mümkündür. Xüsusilə kuryerlərin hər zaman rəsmi forma geyinməməsi sistemin yanlış qərar verməsinə səbəb ola bilər.
    Paylaş