Alıcıların çoxu daha böyük yaddaş həcminə sahib bahalı iPhone modellərinə üstünlük verir

Alıcıların çoxu daha böyük yaddaş həcminə sahib bahalı iPhone modellərinə üstünlük verir

Mobil Cihazlar
15.11.2022 PAYLAŞIM

    Təqdim edilmiş statistikaya əsasən ABŞ-da alıcıların çoxu iPhone-ların daha böyük həcmli yaddaşa sahib versiyalarını alırlar. Təqdim edilmiş statistik məlumatlar Apple şirkətinin sentyabr ayında yekunlaşmış 4-cü maliyyə rübünü əhatə edirlər. Beləliklə sözügedən statistika iPhone 14 Plus istisna olmaqla digər bütün iPhone 14 modellərini əhatə edir. iPhone 14 Plus-ın istisna olmasının səbəbi isə ondadır ki, sözügedən smartfon modeli oktyabr ayında satışa çıxıb. Beləliklə statistikaya əsasən yeni iPhone 14 seriyasının satışları yaxşı başlayıb. Belə ki, bütün iPhone satışlarının 21%-i məhz iPhone 14 seriyasının üzərinə düşür. Keçən il isə eyni müddət ərzində bütün iPhone satışlarının yalnız 16%-i iPhone 13 seriyasının üzərinə düşmüşdü.

    Keçən il ən çox satılan iPhone modeli məhz iPhone 13 Pro Max idi. Bütün iPhone satışlarının 21%-i məhz sözügedən iPhone modelinin üzərinə düşmüşdü. Başqa sözlə desək, yeganə iPhone 13 Pro Max-ın satış göstəriciləri iPhone 14 seriyasının satış göstəriciləri ilə eyni idi. İkinci yeri iPhone 13 Pro modeli tutmuşdu. Bütün iPhone satışlarının 16%-i məhz iPhone 13 Pro-nun üzərinə düşmüşdü. Adi iPhone 13 modeli isə 15%-lik satış göstərici ilə üçüncü yeri tutmuşdu. Bu statistikadan da görmək olar ki, keçən ildən başlayaraq alcılar daha çox iPhone Pro və Pro Max modellərinə üstünlük verirlər.


    Yaddaş həcmi məsələsinə gəldikdə isə alıcıların çoxu hələ ki, 128 GB daxili yaddaşa sahib iPhone modellərini seçirlər. Lakin bu vəziyyət də getdikcə dəyişir. Məsələn 2021-ci ildə iPhone 13 Pro alıcılarının 60%-i 128 GB daxili yaddaşa sahib versiyaya üstünlük vermişdilər. Bu il isə alıcıların 50%-i 256 GB daxili yaddaş həcminə sahib iPhone modellərinə üstünlük veriblər. Bu məsələdə iPhone 14 Pro-nun satış göstəriciləri çox yaxşıdır. Belə ki, iPhone 14 Pro alıcılarının 50%-i məhz 256 GB daxili yaddaş həcminə sahib versiyasını seçiblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi smartfonlar üçün yeni hərəkətli ön kamera konstruksiyasını patentləşdirib..

Smartfon istehsalçıları öz cihazlarında tam ekran formatını təmin etmək yolunda müxtəlif üsullardan ..


Braziliyada yüzlərlə iPhone smartfonu müsadirə edilib: Səbəb nədir?

Braziliyada yerli nizamlayıcı orqanın qərarına əsasən pərakəndə satış mağazalarından iPhone smartfon..


Xiaomi 13-ün yeni render fotosu ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 13 flaqman smartfonunun yeni render fotosu ortaya çıxıb. ..


Xiaomi Mi Note 10, Note 10 Pro və Redmi Note 8 Pro smartfonlarının dəstəklərini ..

Xiaomi şirkəti rəsmi şəkildə 3 smartfon modelinin dəstəyini dayandırdığını elan edib.


Xiaomi 13 smartfonu barəsində yeni məlumatlar verilib

Yaxın zamanda Xiapmi 13 smartfon seriyasının təqdimatı gözlənilir.


Samsung Galaxy S23-də peyk şəbəkəsi funksiyası daha təkmilləşdirilmiş olacaq..

Koreyanın kütləvi informasiya vasitələri Samsung şirkətinin gələn ilin əvvəlində təqdim olunacaq Gal..

×