Logo
    main-post-cover

    Alienware 27 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.01.2025
    Emil
         Dell şirkəti özünün Alienware brendinin yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni gaming monitor Alienware 27 adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü Samsung QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor NVIDIA G-SYNCAMD FreeSync Premium texnologiyalarının dəstəklərini  əldə edib. Alienware 27 özündə HDMI 2.1, DisplayPort 1.4, USB-AUSB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 15 vatt çıxış gücünə sahibdir. Monitor bu ay Çində, mart ayında ABŞ-da, aprel ayında isə Avropada satışa çıxacaq. Onun ABŞ-da qiyməti 900$ təşkil edəcək.
    Paylaş