Alienware AW2725QF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
15.08.2024
Emil
Alienware şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru Alienware AW2725QF adlanır. Bu yeni monitorun əsas fərqləndirici tərəfi ondadır ki, o, iki çalışma rejiminə sahibdir və çalışma rejimlərinin hər biri fərqli görüntü keyfiyyəti ilə təsvir yenilənməsini təmin edir. Beləliklə monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekrana sahibdir. Ekranın standart parlaqlıq səviyyəsi 400 nit, maksimal parlaqlıq səviyyəsi isə 600 nit təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir.
Monitor VESA AdaptiveSync, NVIDIA G-SYNC, Dolby Vision HDR, VESA DisplayHDR 600 texnologiyalarını dəstəkləyir və özündə DisplayPort 1.4, HDMI 2.1, USB 3.2 Gen 1 Type-B, USB 3.2 Gen 1 Type-C, USB 3.2 Gen 1 Type-A girişlərini birləşdirir. Alienware AW2725QF artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 599$ təşkil edir. Digər regionlarda monitor 12 sentyabrdan sonra satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Alienware AW2725DF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Alienware brendi Alienware AW3225QF ilə yanaşı daha bir gaming monitorunu təqdim edib.
Cihazlar+
Alienware AW3225QF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Dell şirkətinə məxsus olan Alienware brendi öz yeni gaming monitorunu təqdim edib.
Elm & Texnologiya
Alienware m18 adlı yeni gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Texniki göstəricilərə gəldikdə isə noutbuk AMD Ryzen 9 7945HX prosessoru vasitəsilə çalışır və özündə DDR5-4800 standartlı 64 GB-a kimi RAM-ı və ümumi həcmi 8.5 TB təşkil edən 3 ədədə qədər SSD-ni birləşdirir.
Ən çox oxunanlar