Logo
    main-post-cover

    Alienware AW3425DW gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.04.2025
    Emil
         Alienware şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Alienware AW3425DW adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Monitor özündə AMD FreeSync Premium Pro NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4, USB Type-A, Type-BUSB-C girişlərini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 15 vatt çıxış gücünə sahibdir. Alienware AW3425DW artıq satışa çıxıb və onun qiyməti 800$ təşkil edir.
    Paylaş