Reklam
Almaniya hökuməti smartfonların istehsalçılar tərəfindən 7 il ərzində dəstəklənməsinə nail olmaq istəyir

Almaniya hökuməti smartfonların istehsalçılar tərəfindən 7 il ərzində dəstəklənməsinə nail olmaq istəyir

Mobil Cihazlar
06.09.2021 PAYLAŞIM

    Almaniya hökuməti yeni smartfonların öz aktuallıqlarını ilk bir neçə il ərzində deyil, 7 il ərzində itirməmələrini mümkün edəcək təşəbbüs üzərində çalışır. Almaniya hökuməti Avropa Birliyinin smartfon istehsalçılarından cihazların dəstəklərini uzatmağı tələb etməsini istəyir. Beləliklə Almaniya hökumətinin istəyinə əsasən smartfon istehsalçıları 7 il ərzində öz cihazlarını təhlükəsizlik yenilənmələri və servis mərkəzlərini lazımi smartfon detalları ilə təmin etməlidirlər. Qeyd etmək lazımdır ki, Avropa Birliyinin öz qanun layihəsi bu qədər dəstək müddəti tələb etmir. Belə ki, Avropa Birliyinin tələb etdiyi müddət 5 ildir.

    Avropa Birliyinin 2023-cü ilə kimi qəbul edilə biləcəyi bu qanun layihəsi ətraf mühitin qorunması üçün nəzərdə tutulub. Belə ki, smartfonların istehsalçılar tərəfindən uzunmüddətli dəstəklənmələri öz növbəsində onların daha uzun müddət ərzində istifadəsinə səbəb olacaq. Almaniya hökuməti tərəfindən təklif edilmiş 7 illik dəstək müddəti faktiki olaraq smartfonları kompüterlərin dəstəklənmə müddəti səviyyəsinə yüksəldə bilər. Heç təəccüblü deyil ki, bu cür təklif DigitalEurope adlı təşkilat tərəfindən tənqid olunub. Qeyd etmək lazımdır ki, bu təşkilata Apple, Google Samsung şirkətləri daxildirlər. Sözügedən təşkilat Avropa Birliyindən dəstək müddətinin 3 ilə endirilməsini tələb edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×