main-post-cover

    Almaniyadakı mağazalardan birində Redmi Note 13 smartfonlarının qlobal versiyaları satılmağa başlayıb

    Cihazlar+
    30.12.2023
    Emil Nəcəfov
         Almaniyanın MediaMarkt-Saturn adlı elektronika mağazasında Redmi Note 13 smartfonlarının qlobal versiyalarının satışlarına start verilib. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfonlarının qlobal versiyaları 4 yanvar tarixində təqdim olunacaqlar. Lakin buna baxmayaraq Almaniyada istənilən şəxs MediaMarkt-Saturn elektronika mağazasına gələrək bu smartfonları əldə edə bilər. Mağazada Redmi Note 13 smartfon seriyasının 5 modeli satışdadır.
         Birinci model Redmi Note 13-dür. Məlumata əsasən Redmi Note 13-ün qlobal versiyası 2400х1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran, Snapdragon 685 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 108 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İkinci model Redmi Note 13 5G-dir. Bu model Redmi Note 13-dən sadəcə prosessoru ilə fərqlənir. Belə ki, Redmi Note 13 5G MediaTek Dimensity 6080 prosessorunu əldə edib. Üçüncü model Redmi Note 13 Pro-dur.
         Sözügedən model MediaTek Helio G99 Ultra prosessoru və 200 MP + 8 MP + 2 MP üçlü arxa kamerası ilə fərqlənir. Dördüncü model Redmi Note 13 Pro 5G-dir. Bu model Redmi Note 13 Pro-dan öz prosessoru ilə fərqlənir. Belə ki, Redmi Note 13 Pro 5G modeli Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır. Nəhayət beşinci model Redmi Note 13 Pro+ 5G-dir. Bu model Redmi Note 13 Pro 5G-dən MediaTek Dimensity 7200 Ultra prosessoru ilə fərqlənir. Mağazada Redmi Note 13 modeli 200 avroya, Redmi Note 13 5G modeli 300 avroya, Redmi Note 13 Pro modeli 350 avroya, Redmi Note 13 Pro 5G modeli 400 avroya, Redmi Note 13 Pro+ 5G modeli isə 500 avroya satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi SU7 elektromobilinin yeni fotoları təqdim edilib
    xiaomi-su7-elektromobilinin-yeni-fotolari-teqdim-edilib
    Redmi K70 Ultra-ya aid olduğu güman edilən texniki göstəricilər açıqlanıb
    redmi-k70-ultra-ya-aid-oldugu-guman-edilen-texniki-gostericiler-aciqlanib
    Xiaomi 13T və 13T Pro qlobal bazarda HyperOS-i əldə etməyə başlayıblar
    xiaomi-13t-ve-13t-pro-qlobal-bazarda-hyperos-i-elde-etmeye-baslayiblar
    Xiaomi 13 Pro-nun qlobal versiyası HyperOS-i əldə etməyə başlayıb
    xiaomi-13-pro-nun-qlobal-versiyasi-hyperos-i-elde-etmeye-baslayib
    HyperOS-in loqosu və onu əldə edəcək əlavə cihazların siyahısı təqdim edilib
    hyperos-in-loqosu-ve-onu-elde-edecek-elave-cihazlarin-siyahisi-teqdim-edilib