Logo
    main-post-cover

    Amazon “Alexa Home Theater” funksiyasını istifadəyə verib

    Cihazlar+
    26.11.2025
    Sevinc
        Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, Amazon sentyabr ayında keçirilən illik cihaz və xidmətlər tədbirindəki yeniliklərdən biri olan Alexa Home Theater funksiyasını artıq geniş şəkildə istifadəyə verdiyini açıqlayıb. Şirkət Engadget-ə təsdiqləyib ki, bu gündən etibarən xüsusiyyət “broadly”, yəni geniş istifadəçi kütləsi üçün əlçatan olur. Bu yenilik Echo səsucaldıcılarını daha əlçatan və sərfəli ev kinoteatrı alternativinə çevirə bilər. Xüsusilə də bahalı Sonos sistemləri və ya peşəkar səsgücləndiricilər əldə etmədən, evdə surround səs effekti yaratmaq istəyən istifadəçilər üçün Alexa Home Theater maraqlı seçimdir. Amazon-un izahına görə, istifadəçilər yeni nəsil Echo Studio və ya Echo Dot Max səsucaldıcısını, eləcə də bir subwoofer-i Fire TV Stick 4K və ya Fire TV Stick 4K Max cihazına qoşa bilərlər. Diqqətə alınmalı məqam isə budur: orijinal Echo Studio modeli bu funksiyanı dəstəkləmir.
        Eyni otaqda yerləşdirilən Echo cihazları bir-birinə yaxın məsafədə qoşulduqdan və eyni Wi-Fi şəbəkəsinə bağlandıqdan sonra, Alexa tətbiqi quraşdırmanı addım-addım izah edir. Sistem avtomatik olaraq səsi otağın akustikasına uyğun şəkildə optimallaşdırır. Maraqlısı budur ki, yeni funksiyanın istifadəyə verilməsi Black Friday endirimləri ilə üst-üstə düşür. Hazırda:
    • Echo Studio – 30 dollar endirimlə 190 dollara
    • Echo Dot Max – 10 dollar endirimlə 90 dollara satılır
     
    Paylaş