Amazon Alexa Plus-ı ABŞ-də hamı üçün aktiv etdi
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Amazon generativ süni intellektlə gücləndirilmiş rəqəmsal köməkçisi Alexa Plus-ı ABŞ üzrə rəsmi olaraq hamı üçün əlçatan edib. Yeni xidmət artıq Prime üzvləri üçün bütün Alexa dəstəkli cihazlarda, Alexa.com saytında və Alexa mobil tətbiqində istifadəyə verilib.
Prime üzvü olmayanlar üçün isə iki seçim təqdim olunur: Alexa Plus-ın məhdud imkanlara malik yeni pulsuz “chat” versiyası və ya ayda 19,99 dollara limitsiz istifadə imkanı verən ödənişli paket. Prime üzvləri isə aylıq 14,99 dollar dəyərində olan Amazon Prime abunəliyi çərçivəsində Alexa Plus-a əlavə ödəniş etmədən çıxış əldə edirlər.
Amazon-un Alexa və Echo üzrə vitse-prezidenti Daniel Rausch-un verdiyi məlumata görə, Alexa Plus ilk dəfə 2025-ci ilin martında “Early Access” proqramı çərçivəsində istifadəyə verilib və bir il ərzində on milyonlarla istifadəçiyə açılıb. İndi isə xidmət ABŞ-də tam şəkildə aktivdir. Kanada və Meksikada Early Access mərhələsi başlayıb, Avropanın bir sıra ölkələrində isə qapalı beta testləri aparılır.
Yeni abunə modellərinə əsasən:
- Prime üzvləri üçün Alexa Plus limitsiz və pulsuzdur
- Prime olmayanlar üçün aylıq 19,99 dollar dəyərində ayrıca paket mövcuddur
- Pulsuz “Alexa Plus Chat” versiyası isə yalnız mətn əsaslı sorğular üçün nəzərdə tutulub və istifadə limiti olacaq
Paylaş