Analitiklər Apple məhsullarının istifadəçilərinin ortalama yaş göstəricilərini açıqlayıblar
Cihazlar+
10.03.2023
Farid Pardashunas
Consumer Intelligence Research Partners (CIRP) tədqiqat şirkəti “Apple Ecosystem Age Profile” adlı hesabatını təqdim edib. Hesabatın adından bəlli olduğu kimi o, Apple məhsullarının hansı yaş kateqoriyasına daxil olan insanlar arasında məşhur olduqlarını əks etdirir. CIRP öz hesabatında qeyd edib ki, Apple öz məhsullarının reklamlarında əsas diqqəti məhz gənc nəsilə ayırır. Bu heç də təsadüfi deyil. Belə ki, CIRP tərəfindən təqdim edilmiş statistikaya əsasən iPhone, iPad və Mac istifadəçilərinin yarısı 18-34 yaş kateqoriyasına daxil olan insanlardır.
Apple şirkətinin üç əsas məhsul növünün istifadəçilərinin 70%-i 18-44 yaş kateqoriyasına daxil olan insanlardır. Bununla belə şirkətin pik satışları məhz 25-34 yaş kateqoriyasına daxil olan insanların üzərinə düşürlər. Lakin 45 yaşından yuxarı yaşa sahib olan insanlar Apple məhsullarından daha az istifadə edirlər. Ümumi olaraq Apple şirkətinin 3 əsas məhsuu üçün yaş kateqoriyaları demək olar eynidir. Lakin Mac istifadəçiləri iPhone və iPad istifadəçilərindən fərqli olaraq daha gənc nəsilə aiddirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!