main-post-cover

    Analitiklər indiyənə kimi satılmış bütün iPhone-ların ümumi sayını təyin ediblər

    Cihazlar+
    11.01.2023
    Emil Nəcəfov
        9 yanvar tarixində iPhone-nun 16 yaşı tamam oldu. Məhz 9 yanvar 2007-ci il tarixində Steve Jobs şirkətin ilk iPhone modelini təqdim etmiş və bununla da bütün mobil cihazlar bazarını dəyişmişdi. İlk iPhone modelinin 16 yaşının tamam olması münasibətilə International Data Corporation (IDC) adlı tədqiqat şirkətinin əməkdaşları indiyənə kimi satılmış bütün iPhone modellərinin ümumi sayını təyin ediblər. IDC şirkətinin vitse-prezidenti Francisco Jeronimo-nun təqdim etmiş olduğu məlumata əsasən ilk iPhone modelinin satışa çıxdığı vaxtdan (29 iyun 2007-ci il) indiyənə kimi ümumilikdə 2.32 milyard ədəd iPhone satılıb.
        Maraqlısı ondadır ki, keçən ilin əvvəlində Tim Cook bildirmişdi ki, şirkət bütün dünya üzrə 1.8 milyard ədəd aktiv cihaza sahibdir. 2 il bundan öncə isə bu göstərici 1.5 milyard ədəd cihaz təşkil etmişdi. Lakin faktiki olaraq Tim Cook şirkətin satılmış bütün cihazlarını nəzərdə tutmuşdu. Yalnız smartfonlara gəldikdə isə 2021-ci ildə Tim Cook bildirmişdi ki, şirkət 1 milyarddan çox aktiv iPhone cihazına sahibdir. Bununla belə milyardıncı iPhone modeli 2016-cı ildə satılmışdı. 2007-ci ildən 2012-ci ilə kimi (2012-ci il daxil olmaqla) Apple il ərzində bir ədəd iPhone modeli təqdim edirdi.
        2013-cü ildə isə şirkət iPhone 5S ilə birlikdə onun büdcəli versiyası olmuş iPhone 5c modelini də təqdim etdi. 2014-cü ildə iPhone 6iPhone 6 Plus modelləri təqdim edilmişdi. İndi isə şirkət hər il 4 smartfon modelini təqdim edir. iPhone SE seriyasını da nəzərə alsaq, bu göstərici 5 cihaz təşkil edir. Lakin bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Apple növbəti iPhone SE modelindən imtina edib. Şirkət sözügedən smartfon seriyasını ya tamamilə ləğv edib, ya da onunla bağlı müəyyən müddətlik fasilə götürüb.
    Linki kopyala