Analitiklər Nintendo Switch 2-nin mümkün satış qiymətini açıqlayıblar
Cihazlar+
21.01.2025
Emil
Nintendo şirkəti keçən həftə rəsmi şəkildə yeni portativ oyun konsolu olan Nintendo Switch 2-ni sərgilədi. Şirkət bu yeni portativ oyun konsolu barəsində ətraflı məlumatı 2 aprel tarixində təqdim edəcək. Onun üçün nəzərdə tutulmuş oyunlar da məhz həmin tarixdə sərgilənəcək. Lakin bunlardan əlavə olaraq potensial alıcıları maraqlandıran əsas sual Nintendo Switch 2-nin hansı qiymətə satılacağıdır. Bu barədə rəsmi məlumat çox güman ki, 2 aprel tarixində təqdim ediləcək. Lakin analitiklər indidən Nintendo Switch 2-nin mümkün satış qiymətini açıqlayıblar. Onların sözlərinə əsasən Nintendo-nun bu yeni portativ oyun konsolu 400$ qiymətində satışa çıxacaq. Analitiklər fikirləşirlər ki, bu, Nintendo Switch 2 üçün ən optimal qiymətdir və bu cür qiymətin təyin olunacağı halda Nintendo onun satışlarından böyük uğur qazana biləcək. Lakin digər tərəfdən oyun konsoluna yüksək tələbat və ilk zamanlarda onun yetəri sayda olmaması konsolun 100$ daha baha qiymətə satılmasına səbəb ola bilərlər.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Nintendo Switch 2 rəsmi şəkildə sərgilənib (VİDEO)
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Nintendo şirkəti sonunda yeni portativ oyun konsolunu rəsmi şəkildə sərgiləyib. Söhbət, Nintendo Switch 2-dən gedir.
Cihazlar+
Nintendo Switch 2-nin keyfiyyətli render fotoları və bəzi texniki imkanları təqdim edilib
Biz biraz əvvəl Nintendo-nun növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində xəbər verdik. İndi isə OnLeaks ləqəbli məşhur insayder Nintendo Switch 2-nin keyfiyyətli render fotolarını təqdim edib və onun bəzi texniki imkanlarından danışıb.
Cihazlar+
Nintendo Switch 2 konsolu SD Express standartının dəstəyini əldə edəcək
Nintendo-nun bu ilin birinci yarısında təqdim edəcəyi gözlənilən növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində məlumatlar ortaya çıxmağa davam edir.
Cihazlar+
Nintendo Switch 2 konsolu NVIDIA DLSS-in analoqunu əldə edəcək
Nintendo bu ilin birinci yarısında növbəti portativ oyun konsolunu (şərti adı Nintendo Switch 2) təqdim etməlidir.
Cihazlar+
Nintendo Switch 2-nin render fotoları təqdim edilib
Nintendo-nun öz növbəti portativ oyun konsolunu (şərti adı Nintendo Switch 2) 2025-ci ilin birinci yarısında təqdim edəcəyi gözlənilir. Dbrand adlı aksesuar istehsalçısı öz növbəsində Nintendo-nun növbəti portativ oyun konsolunun render fotolarını təqdim edib.
Ən çox oxunanlar