main-post-cover

    Analitiklər pandemiyadan ən çox zərərçəkmiş smartfon brendlərini açıqlayıblar

    Cihazlar+
    26.08.2020
    Emil Nəcəfov
        Gartner Canalys kimi nüfuzlu şirkətlərin məlumatlarına əsasən koronavirus pandemiyası bütün dünya üzrə smartfon satışlarına ciddi təsir göstərib. Keçən ilin ikinci rübü ilə müqayisədə bu ilin ikinci rübündə alıcılar daha az smartfon əldə ediblər. Bununla yanaşı bir sıra brend smartfon istehsalını azaltmalı oldu. Bu barədə 9to5mac saytı xəbər verib.
        Smartfon istehsalının 272 milyon ədədə endirilməsinin müşahidə olunduğu birinci rübdəki mənfi dinamikadan sonra bu ilin ilk 3 ayında istehsalçılar heç də xoş olmayan sürprizlər ilə qarşılaşıblar. Gartner şirkətinin məlumatına əsasən keçən ilin yeni vaxtı ilə müqayisədə bu il cihazların satışları 20.4% aşağı düşüb. Bu isə 294.7 milyon ədəd cihaz deməkdir. Analitiklərin verdikləri məlumata əsasən Samsung şirkəti smartfon bazarında lider mövqeyini qoruyub saxlasa da 54.7 milyon ədəd satılmış cihaz göstəricisi ilə 27%-lik satış düşüşü sərgiləyib.
        Huawei şirkətinin satışları 6.8% aşağı düşüb. Son rüb üzrə şirkət 54.1 milyon ədəd cihaz sata bilib. Maraqlısı ondadır ki, bu vəziyyətdən ən az zərərçəkmiş şirkət məhz Apple olub. Onun satışları 0.4% aşağı düşüb. Ümumilikdə şirkət 38 milyon ədəd cihaz satıb və koronavirus pandemiyası onun biznesinə demək olar təsir göstərməyib. Çinin Xiaomi şirkətinin satışları pandemiya zamanı 21.5% aşağı düşüb.
    Linki kopyala