main-post-cover

    Analitiklər smartfonların orta qiymətlərində artımdan xəbər veriblər: Bunun səbəbi nədir?

    Cihazlar+
    26.09.2020
    Emil Nəcəfov
        Hələ 3 il bundan öncə 999$ qiymətində iPhone X təqdim olunan zaman hamı Apple şirkətini dəli adlandırırdı. Lakin indi bu, demək olar bütün flaqman smartfonlar üçün standart qiymət göstəricisidir. Həmçinin əvvəllər öz münasib qiymətləri ilə diqqət çəkmiş Çin smartfonlarının da qiymətlərində artım müşahidə olunur. Counterpoint Research şirkətinin analitiklərinin yeni hesabatlarına əsasən son zamanlarda smartfonların orta qiymətləri hiss ediləcək dərəcədə qalxıb. Bu barədə Gizchina saytı xəbər verib.
        Counterpoint Research şirkətinin analitikləri bu ilin ikinci rübündə smartfon bazarını analiz edərək belə qənaətə gəliblər ki, keçən il ilə müqayisədə smartfonların orta qiymətləri 10% yüksəlib. 13%-lik (310$) qiymət yüksəlişi Çində müşahidə olunub. Avropada bu göstərici 1% (291$) yüksəlib. Ən bahalı smartfonlar Şimali Amerikada satılır. Keçən il ilə müqayisədə bu il Şimali Amerikada smartfonların ortalama qiymətlərində 7% (471$) yüksəliş müşahidə olunub. Analitiklərin fikirlərinə əsasən orta qiymətlərin yüksəlməsi smartfon bazarının 23% (premium seqmentdə 8%) ixtisarlaşması və 4G modellərindən daha baha qiymətə satılan 5G smartfonların bazara daxil olmaları ilə əlaqəldiir. 
    Linki kopyala