Logo
    main-post-cover

    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy Tab S9 FE+ planşeti üçün istifadəyə verilib

    Cihazlar+
    30.12.2023
         Samsung şirkəti smartfonlarla yanaşı öz planşetlərini də Android 14 ilə təmin edir. Məlum olub ki, şirkət Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy Tab S9 FE+ planşeti üçün istifadəyə verib. Sözügedən planşet üçün sistem yenilənməsi X610XXU1BWK9 X610OJM1BWKA nömrələri altında təqdim edilib və onun həcmi 2 GB təşkil edir. Sistem yenilənməsini Galaxy Tab S9 FE+ planşetinin ilk növbədə Türkiyə və Avstraliyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası bu planşetin digər ölkələrdəki istifadəçiləri üçün aktivləşdiriləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...