
Android 15-i əldə edəcək Motorola smartfonlarının qeyri-rəsmi siyahısı təqdim edilib
Cihazlar+
10.05.2024
Sabina
Google şirkəti 14 may tarixində Android 15-i təqdim edəcək. Onun stabil versiyasının isə bu ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir. Gizmochina saytı öz növbəsində Android-in bu yeni versiyasını əldə edəcək Motorola smartfonlarının siyahısını təqdim edib. Təqdim edilmiş siyahı qeyri-rəsmi olsa da, Motorola-nın öz büdcəli və flaqman smartfonlarının dəstək siyasətinə əsaslanıb. Gizmochina tərəfindən təqdim edilmiş qeyri-rəsmi siyahıya ümumilikdə 18 smartfon daxil olub. Siyahı aşağıdakı kimidir.
- Motorola Edge 50 (Pro, Ultra, Fusion)
- Motorola Edge 40 (adi, Pro, Neo)
- Motorola Edge 30 Ultra
- Motorola Edge (2023)
- Motorola Edge+ (2023)
- Moto G84
- Moto G73
- Moto G64
- Moto G54
- Moto G (2024)
- Moto G Power (2024)
- Motorola Razr 40
- Motorola Razr 40 Ultra
- Lenovo ThinkPhone.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
