Logo
    Android 15-i əldə edəcək OnePlus cihazlarının siyahısı təqdim edilib

    Android 15-i əldə edəcək OnePlus cihazlarının siyahısı təqdim edilib

    Cihazlar+
    07.05.2024
         OnePlus şirkəti bu il ərzində istifadəyə veriləcək Android 15 əsaslı OxygenOS 15 istifadəçi interfeysini əldə edəcək cihazlarının siyahısını təqdim edib. Siyahıya ümumilikdə 12 ədəd cihaz daxil olub. Onlardan 11-i smartfonlar, 1-i isə planşetdir. Beləliklə OnePlus şirkətinə əsasən Android 15 əsaslı OxygenOS 15-i əldə edəcək cihazların siyahısı aşağıdakı kimidir.
    - OnePlus 12 / 12R
    - OnePlus 11 / 11R
    - OnePlus 10 Pro / 10T / 10R
    - OnePlus Nord 3 / CE 3 / CE 3 Lite
    - OnePlus Open
    - OnePlus Pad.
         Qeyd etmək lazımdır ki, Android 15 hal-hazırda açıq beta test mərhələsindədir və onun stabil versiyasının bu ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir.
     

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...