Logo
    main-post-cover

    Android istifadəçilər ilə müqayisədə iOS istifadəçilər öz smartfonlarını tez-tez dəyişmirlər

    Cihazlar+
    26.10.2023
    Emil
         CIRP adlı analitik agentlik Android iOS istifadəçiləri arasında smartfonların yenilənmə dövrlərinin analizlərini özündə birləşdirən yeni tədqiqatın nəticələrini təqdim edib. Məlum olub ki, Android smartfonların istifadəçilərindən fərqli olaraq iOS smartfonların istifadəçiləri öz cihazlarını tez-tez yeniləmirlər. Statistikaya əsasən ABŞ əhalisinin 61%-i öz köhnə iPhone modellərini 2 il və daha artıq müddət ərzində, 29%-i isə minimum 3 il ərzində istifadə edib.
         Android smartfonların istifadəçilərinə gəldikdə isə göstəricilər 43%21% təşkil ediblər. 1 ildən az müddət ərzində istifadə edilmiş smartfonların satılması ilə bağlı mövzuda Android istifadəçilərin faiz göstəricisi 23, iOS istifadəçilərin faiz göstəricisi isə 10 olub. 12-24 ay ərzində istifadə edilmiş smartfonların satılması ilə bağlı mövzuda isə Android istifadəçilərin faiz göstəricisi 34, iOS istifadəçilərin faiz göstəricisi 29 təşkil edib.
         CIRP analitik agentliyinin mütəxəssislərinin fikirlərinə əsasən bu cür statistik göstəricilərin iki əsas səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, Android istifadəçisi konkret bir brendə bağlı deyil və o, yeni funksiyaların əldə olunması yolunda fərqli brendlərin cihazlarını əldə edə bilər. İkinci səbəb isə çox güman ki, Apple şirkətinin əsasən yalnız flaqman smartfonlar istehsal etməsindədir. Bu səbəbdən də Android ekosistemində olan cihazlarla müqayisədə iPhone-larda problemlər o qədər də çox olmur.
    Paylaş