Android-lərə yeni "Call Reason" funksiyası gəlir
Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Android istifadəçiləri yaxın zamanda vacib zənglər üçün yeni və faydalı bir funksiyadan yararlana biləcəklər. Google-un Phone tətbiqinə əlavə edilən və hazırda beta mərhələsində olan "Call Reason" xüsusiyyəti sizə zəng edən şəxsin zəngin “təcili” olduğunu öncədən bildirməyə imkan verir. Bu bildiriş həm gələn zəng ekranında, həm də cavabsız zəng tarixçəsində görünəcək.
"Call Reason" yalnız bir-birinin kontakt siyahısında olan və Google-un standart Phone tətbiqindən istifadə edən Android istifadəçiləri arasında işləyəcək. Yəni zəng edən və qəbul edən tərəf hər ikisi Google-un Phone tətbiqindən istifadə etməlidir.
Bu funksiya xüsusilə tez-tez zəngləri səsli mesaja yönləndirən və ya dostları tərəfindən cavablandırılmayan zənglərlə qarşılaşan istifadəçilər üçün əhəmiyyətlidir. Artıq ayrıca mesaj göndərmədən dostunuza və ya yaxınınıza “vacibdir”, “təcili danışmalıyıq” kimi bir siqnal vermək mümkün olacaq.
Paylaş