Android smartfonlarla müqayisədə iPhone-ların yığılmasında 12 dəfə daha çox zavod işçisi iştirak edir

Android smartfonlarla müqayisədə iPhone-ların yığılmasında 12 dəfə daha çox zavod işçisi iştirak edir

Mobil Cihazlar
19.01.2023 PAYLAŞIM

    Foxconn zavodlarında iPhone-lardan əlavə olaraq Android smartfonlar da istehsal edilir. Bloomberg saytı isə iPhone-lar ilə Android smartfonların yığılması arasında diqqət çəkən fərq barəsində məlumatı təqdim edib. Bloomberg-in təqdim etmiş olduğu məqalə Foxconn zavodlarında iPhone-ların yığılması üzrə yeni rəhbər qismində Michael Chiang-ın təyin edilməsinə həsr edilib. Michael Chiang-ın sözlərinə əsasən Android smartfonların yığılması üzrə Çindən olan şirkətlərin tələblərindən fərqli olaraq Apple şirkətinin keyfiyyət standartlarına riayət etmək üçün 12 dəfə daha çox işçi lazım olur. iPhone-nun yığılması və keyfiyyət idarəsinin riayət edilməsi üçün istehsalat xəttində 1200 nəfər işçi lazım olur.

    Bu prosesdə iştirak edən 1200 nəfər işçidən hər biri bu və ya digər smartfon elementinin yığılmasından, ayrı-ayrı istehsal prosesindən və əvvəlki işçilərin yerinə yetirmiş işlərin yoxlanılmasından cavabdehdir. Çindən olan Android smartfon istehsalçıları üçün istehsalat xəttində eyni prosesin yerinə yetirilməsi üçün isə 100 nəfər işçi kifayət edir. Apple öz keyfiyyət standartlarını təkcə istehsalçıların zavodlarına deyil, həmçinin öz podratçılarının müəssisələrinə də inteqrasiya edir. Məsələn iPhone-lar üçün ekran istehsalı ilə məşğul olan Samsung Display şirkəti elə bir vəziyyət ilə qarşılaşmışdı ki, onun istehsal etdiyi ekranların yalnız 60%-i Apple şirkətinin keyfiyyət idarəsindən keçirdi. Lakin daha sonra şirkət bu göstəricini 80%-ə kimi yüksəltdi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib

Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır.


Galaxy S23 Ultra yeni unikal gecə çəkilişi rejiminə sahib olacaq (VİDEO)

1 fevral tarixində Samsung şirkəti Galaxy Unpacked 2023 tədbirini keçirdəcək və həmin tədbir çərçivə..


Huawei P60 Pro-nun texniki özəllikləri və arxa kamera dizaynı təqdim edilib..

Çinin Weibo sosial şəbəkəsində Huawei P60 Pro flaqman smartfon modelinin texniki özəllikləri barəsin..


Bütün Samsung Galaxy S23 smartfonlarının texniki özəllikləri məlum olub

1 fevral tarixində Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını təqdim edəcək.


OnePlus Nord CE 3 smartfonunun real fotoları təqdim edilib

Mysmartprice saytı hələ təqdim edilməmiş OnePlus Nord CE 3 smartfonunun real fotolarını təqdim edib...


Microsoft şirkəti 2 ədəd daxili ekrana sahib Surface Duo smartfonlarından imtina..

İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti iki ədəd daxili ekrana sahib Surface Duo ..

×