
Android vasitəsilə çalışan AOC AG421UDA ağıllı monitoru təqdim edilib
AOC şirkəti ağıllı monitorunu təqdim edib. Şirkətin bu ağıllı monitoru AOC AG421UDA adlanır. Android əməliyyat sistemi vasitəsilə çalışan sözügedən monitor ənənəvi adi monitorların fonunda tam əyləncə mərkəzinə çevrilir. Monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 41.5 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir. Monitor Cortex-A55 nüvələrindən və Mali-G57 MC2 qrafik çipindən təşkil edilmiş Arm prosessor vasitəsilə çalışır. Monitor özündə DDR4 standartlı 4 GB-lıq RAM-ı və 32 GB-lıq daxili yaddaş həcmini birləşdirir. O, Wi-Fi 6 və Bluetooth 5.2 dəstəyinə sahibdir. Monitor üstəlik 10 vatt gücündə Dolby Atmos dəstəkli səsgücləndiriciləri əldə edib. Monitorda girişlər qismində HDMI 2.1, HDMI 2.0, USB 2.0, USB 3.0 və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audigiriş çıxış edirlər. Monitor böyük ekranlar üçün optimizasiya edilmiş Android 14 vasitəsilə çalışır. AOC AG421UDA-nın nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş