Android yeniləməsi ilə işəgötürənlər RCS mesajlarınızı oxuya biləcək
Android Authority-nin məlumatına görə, Google Pixel və digər Android cihazlarında RCS Archival funksiyasını istifadəyə verib. Bu funksiya işəgötürənlərin iş üçün idarə olunan cihazlarda Google Messages üzərindən göndərilən RCS mesajlarını, hətta end-to-end şifrələməyə baxmayaraq, oxumasına və arxivləməsinə imkan yaradır.
Bu dəyişiklik yalnız şirkət tərəfindən idarə olunan iş cihazlarına aiddir və şəxsi telefonlara təsir göstərmir. Google bildirir ki, bu funksiya Android tərəfindən dəstəklənən etibarlı arxiv həllidir və SMS/MMS mesajları ilə də uyğun işləyir. Şirkət həmçinin qeyd edir ki, arxivləşdirmə aktiv olduqda işçilərin ekranında bu barədə açıq bildiriş görünəcək. Bu yenilik göstərir ki, şirkətin təmin etdiyi telefonun üstünlük kimi görünən tərəfi artıq o qədər də cazibədar deyil. E-poçtun monitorinqinə öyrəşmiş işçilər üçün şifrəli mesajlaşmanın da oxuna biləcəyinin ortaya çıxması narahatlıq yaradır.
Paylaş