
AnTuTu 2024-cü ilin avqust ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib
Cihazlar+
02.09.2024
Emil
AnTuTu bençmarkı 2024-cü ilin avqust ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib. Reytinqə 10 smartfon daxil olub. Onlardan 2-si Snapdragon 7+ Gen 3, 2-si Snapdragon 7+ Gen 2, 3-ü MediaTek Dimensity 8200, 1-i Dimensity 8300 Ultra, 1-i Dimensity 8100 Max, 1-i Dimensity 8100 vasitəsilə çalışır. Beləliklə AnTuTu-ya əsasən keçən ayın ən güclü subflaqman smartfonları reytinqinin ilk beşliyi belədir. OnePlus Ace 3V, realme GT Neo6 SE, Redmi K70E, realme GT Neo5 SE və Redmi Note 12 Turbo. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. iQOO Z8, iQOO Neo7 SE, OnePlus Ace Racing Edition, Redmi Note 12T Pro və OPPO K10 5G.

Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
