AnTuTu 2024-cü ilin dekabr ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib
AnTuTu bençmarkı 2024-cü ilin dekabr ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Ənənə üzrə reytinqə 10 smartfon daxil olub. Onlardan 4-ü Snapdragon 8 Gen 3, 6-sı isə MediaTek Dimensity 9400 vasitəsilə çalışır. Beləliklə AnTuTu-ya əsasən keçən ayın ən güclü flaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. Red Magic 10 Pro+, OnePlus Ace 5 Pro, OPPO Find X8 Pro Satellite Edition, Vivo X200 Pro Satellite Edition və iQOO 13. İlk beşlikdən sonrakı smartfonların sıralanması belədir. iQOO Neo10 Pro, OPPO Find X8, Vivo X200, OnePlus 13 və Vivo X200 Pro mini.