
AnTuTu 2024-cü ilin iyun ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib
Cihazlar+
02.07.2024
Emil
AnTuTu bençmarkı 2024-cü ilin iyun ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub. Onlardan 2-si Snapdragon 7+ Gen 3, 2-si Snapdragon 7+ Gen 2, 1-i MediaTek Dimensity 8300 Ultra, 4-ü Dimensity 8200, 1-i isə Dimensity 8100 Max vasitəsilə çalışır. Beləliklə keçən ay üzrə ən güclü subflaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. OnePlus Ace 3V, realme GT Neo6 SE, Redmi K70E, realme GT Neo5 SE və Redmi Note 12 Turbo. İlk beşlikdən sonrakı smartfonların sıralanması ilə belədir. OPPO Reno 12, iQOO Z8, iQOO Neo7 SE, Redmi Note 12T Pro və OnePlus Ace Racing Edition.

Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
