
AnTuTu 2024-cü ilin mart ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib
Cihazlar+
02.04.2024
Emil
AnTuTu bençmarkı 2024-cü ilin mart ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub. Onlardan 1-i Snapdragon 7+ Gen 3 prosessoru, 1-i Snapdragon 7 Gen 3 prosessoru, 2-si Snapdragon 7 Gen 2 prosessoru, 1-i MediaTek Dimensity 8300 Ultra prosessoru, 1-i Dimensity 8200 Ultra prosessoru, 3-ü Dimensity 8200 prosessoru, 1-i isə Dimensity 8100 Max prosessoru vasitəsilə çalışır. Beləliklə keçən ay üzrə ən güclü subflaqman Android smartfonlar reytinqinin ilk beşliyi belədir. OnePlus Ace 3V, Redmi K70E, realme GT Neo5 SE, Redmi Note 12 Turbo və OPPO Reno 11 5G. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. iQOO Neo7 SE, iQOO Z8, Redmi Note 12T Pro, OnePlus Ace Racing Edition və Honor 100.


Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
