AnTuTu 2024-cü ilin may ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib
AnTuTu bençmarkı may ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub. Onlardan 5-i Snapdragon 8 Gen 3 prosessoru, 3-ü MediaTek Dimensity 9300 Plus prosessoru, 2-si isə Dimensity 9300 prosessoru vasitəsilə çalışır. Beləliklə AnTuTu-ya əsasən may ayı üzrə ən güclü flaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. Vivo X100s, OPPO Find X7, Red Magic 9 Pro, iQOO 12 və vivo X100 Pro. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. iQOO Neo9S Pro, vivo X100s Pro, vivo X Fold 3 Pro, iQOO 12 Pro və vivo X100 Ultra.