
AnTuTu 2024-cü ilin may ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib
Cihazlar+
05.06.2024
Emil
AnTuTu bençmarkı may ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə ənənə üzrə 10 ədəd smartfon daxil olub. Onlardan 2-si Snapdragon 7+ Gen 3 prosessoru, 2-si Snapdragon 7+ Gen 2 prosessoru, 1-i Snapdragon 7 Gen 3 prosessoru, 1-i MediaTek Dimensity 8300 Ultra prosessoru, 1-i Dimensity 8200 Ultra prosessoru, 3-ü isə Dimensity 8300 prosessoru vasitəsilə çalışır. Beləliklə AnTuTu-ya əsasən may ayı üzrə ən güclü subflaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. OnePlus Ace 3V, realme GT Neo6 SE, Redmi K70E, realme GT Neo5 SE və Redmi Note 12 Turbo. İlk beşlikdən sonrakı smartfonların sıralanması ilə belədir. OPPO Reno 11 5G, iQOO Z8, iQOO Neo7 SE, OPPO K12 5G və Redmi Note 12T Pro.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
