
AnTuTu 2024-cü ilin yanvar ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib
Cihazlar+
02.02.2024
Emil
AnTuTu bençmarkı 2024-cü il yanvar ayı üzrə ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə ənənə üzrə 10 smartfon daxil olub. Reytinqə daxil olmuş 10 smartfondan 2-si Snapdragon 7+ Gen 2 prosessoru, 1-i MediaTek Dimensity 8300 Ultra prosessoru, 1-i Dimensity 8200 Ultra prosessoru, 4-ü Dimensity 8200 prosessoru, 1-i Dimensity 8100 Max prosessoru, 1-i isə Dimensity 8100 prosessoru vasitəsilə çalışır. Beləliklə 2024-cü ilin yanvar ayı üzrə ən güclü subflaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. Redmi K70E, realme GT Neo5 SE, Redmi Note 12 Turbo, OPPO Reno 11 5G və iQOO Z8. İlk beşlikdən sonra gələn smartfonların sıralanması isə belədir. iQOO Neo7 SE, Redmi Note 12T Pro, OnePlus Ace Racing Edition, Redmi K60E və realme GT Neo3.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
