
AnTuTu 2025-ci ilin iyun ayı üzrə ən güclü Apple cihazlarının reytinqini təqdim edib
Cihazlar+
03.07.2025
Emil
AnTuTu bençmarkı 2025-ci ilin iyun ayı üzrə ən güclü Apple cihazlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə ümumilikdə 10 cihaz daxil olub və bu dəfə onlar şirkətin yalnız iPad planşetlərini əhatə ediblər. Beləliklə keçən ay üzrə ən güclü Apple cihazları reytinqinin ilk beşliyi belədir. 11 düym ekranlı iPad Pro 2024 (Apple M4), 13 düym ekranlı iPad Pro 2024 (Apple M4), 13 düym ekranlı iPad Air 2025 (Apple M3), 12.9 düym ekranlı iPad Pro 6 (Apple M2) və 11 düym ekranlı iPad Air 2025 (Apple M3). İlk beşlikdən sonrakı cihazların sıralanması isə belədir. 13 düym ekranlı iPad Air 2024 (Apple M2), 11 düym ekranlı iPad Pro 4 (Apple M2), 11 düym ekranlı iPad Air 2024 (Apple M2), 12.9 düym ekranlı iPad Pro 5 (Apple M1) və 11 düym ekranlı iPad Pro 3 (Apple M1).

Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
