
AnTuTu 2025-ci ilin may ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib
Cihazlar+
02.06.2025
Emil
AnTuTu bençmarkı 2025-ci ilin may ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Ənənə üzrə reytinqə 10 smartfon daxil olub. Onlardan 7-si Snapdragon 8 Elite, 3-ü isə MediaTek Dimensity 9400+ vasitəsilə çalışır. Beləliklə AnTuTu-ya əsasən keçən ayın ən güclü flaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir.Red Magic 10S Pro+, Vivo X200 Ultra, iQOO Neo10 Pro+, OnePlus Ace 5 Extreme Edition və Vivo X200s. İlk beşlikdən sonrakı smartfonların sıralanması belədir. OPPO Find X8 Ultra Satellite, iQOO 13, Honor GT Pro, OPPO Find X8s+ və OnePlus Ace 5 Pro.

Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
