
AnTuTu 2025-ci ilin sentyabr ayı üzrə ən güclü Apple cihazlarının reytinqini təqdim edib
AnTuTu bençmarkı 2025-ci ilin sentyabr ayı üzrə ən güclü Apple cihazlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinq şirkətin iPhone və iPad modellərini əhatə edir. Reytinqə ümumilikdə 10 cihaz daxil olub. Beləliklə keçən ay üzrə ən güclü Apple cihazları reytinqinin ilk beşliyi belədir. 11 düym ekranlı iPad Pro 2024 (Apple M4), 13 düym ekranlı iPad Pro 2024 (Apple M4), 13 düym ekranlı iPad Air 2025 (Apple M3), iPhone 17 Pro Max (Apple A19 Pro) və iPhone 17 Pro (Apple A19 Pro). İlk beşlikdən sonrakı cihazların sıralanması isə belədir. 12.9 düym ekranlı iPad Pro 6 (Apple M2), 11 düym ekranlı iPad Air 2025 (Apple M3), 13 düym ekranlı iPad Air 2024 (Apple M2), 11 düym ekranlı iPad Pro 4 (Apple M2) və iPhone 17 (Apple A19).

Paylaş