AnTuTu 2025-ci ilin sentyabr ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib
AnTuTu bençmarkı 2025-ci ilin sentyabr ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Ənənə üzrə reytinqə 10 smartfon daxil olub. Onlardan 3-ü Snapdragon 8 Elite Gen 5, 6-sı Snapdragon 8 Elite, 1-i isə MediaTek Dimensity 9400+ vasitəsilə çalışır. Beləliklə AnTuTu-ya əsasən keçən ayın ən güclü flaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. Xiaomi 17 Pro Max, Xiaomi 17 Pro, Xiaomi 17, iQOO Neo10 Pro+ və Vivo X200 Ultra. İlk beşlikdən sonrakı smartfonların sıralanması belədir. Red Magic 10S Pro+, OPPO Find X8 Ultra Satellite Edition, Honor GT Pro, Vivo X200s və REDMI K80 Pro.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar