AnTuTu 2025-ci ilin yanvar ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib
AnTuTu bençmarkı 2025-cci ilin yanvar ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib. Reytinqə 10 smartfon daxil olub. Onlardan 2-si Snapdragon 7+ Gen 3, 1-i Snapdragon 7+ Gen 2, 1-i MediaTek Dimensity 8400 Ultra, 3-ü Dimensity 8300 Ultra, 2-si Dimensity 8200, 1-i isə Dimensity 8250 vasitəsilə çalışır. Beləliklə AnTuTu-ya əsasən keçən ayın ən güclü subflaqman smartfonları reytinqinin ilk beşliyi belədir. REDMI Turbo 4, OnePlus Ace 3V, Realme GT Neo6 SE, OPPO Reno 13 Pro və REDMI K70E. İlk beşikdən sonrakı smartfonların sıralanması belədir. OPPO Reno 13, REDMI Note 12 Turbo, OPPO Reno 12, OPPO Reno 11 5G və iQOO Z8.