
AnTuTu aprel ayı üzrə ən performanslı flaqman Android smartfonların reytinqini təqdim edib
AnTuTu bençmark saytı aprel ayı üzrə ən performanslı flaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə daxil edilmiş 10 smartfonun hamısı Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışırlar. Beləliklə AnTuTu-nun sözügedən reytinqində birinci yerində bir neçə müddət bundan öncə təqdim edilmiş ASUS ROG Phone 7 Pro (ROG Phone 7 Ultimate) smartfonu qərarlaşıb. İkinci yeri OPPO Find X6 Pro, üçüncü yeri isə Nubia Red Magic 8 Pro+ tutub. Reytinqin ilk üçlüyündən sonra gələn smartfonların sıralanması isə belədir. OnePlus 11, vivo X90 Pro+, iQOO 11 Pro, Xiaomi 13 Ultra, iQOO 11, Meizu 20 Pro və Redmi K60 Pro.

Paylaş
Bənzər xəbərlər