
AnTuTu bençmark saytı fevral ayı üzrə ən güclü Android smartfonları təyin edib
Məşhur AnTuTu bençmark saytı fevral ayı üzrə ən güclü Android smartfonların reytinqini tərtib edib. Əgər yanvar ayında AnTuTu tərəfindən təqdim edilmiş reytinqdə 10 smartfondan 8-i Snapdragon 8 Gen 2 prosessoruna sahib idisə, fevral ayı üçün təqdim edilmiş reytinqdə sözügedən prosessora sahib smartfonların sayı 9-a çatıb. Nəticədə reytinqdəki 10 smartfondan yalnız 1-i MediaTek Dimensity 9200 prosessoru ilə təchiz olunub. Beləliklə AnTuTu-nun fevral ayı üçün olan reytinqində birinci yeri OnePlus 11 smartfonu tutub. Ondan sonra gələn smartfonların sıralanması isə belədir. Red Magic 8 Pro+, Redmi K60 Pro, iQOO 11 Pro, vivo X90 Pro+, iQOO 11, Xiaomi 13, Xiaomi 13 Pro, Galaxy S23 Ultra və vivo X90 Pro. Bu reytinqdə MediaTek Dimensity 9200 prosessoruna sahib yeganə smartfon məhz vivo X90 Pro-dur.

Paylaş
Bənzər xəbərlər