main-post-cover

    AnTuTu bençmark saytı qiymət-keyfiyyət baxımından ən yaxşı Android smartfonların reytinqlərini təqdim edib

    Cihazlar+
    03.03.2023
    Farid Pardashunas
        AnTuTu bençmark saytı qiymət-keyfiyyət baxımından ən yaxşı Android smartfonların reytinqlərini təqdim edib. Təqdim edilmiş reytinqlər müəyyən qiymət kateqoriyalarına daxil olan smartfonlar əsasında tərtib edilib. Beləliklə ilk reytinqə 290$-a kimi olan qiymət göstəricisinə sahib olan 10 smartfon modeli daxil olub. Birinci reytinqin ilk pilləsində Redmi Note 11T Pro+, ikinci pilləsində Redmi Note 11T Pro, üçüncü pilləsində isə Redmi K60E qərarlaşıb. Birinci reytinqin ilk üçlüyündən sonra gələn smartfonların sıralanması isə belədir. OnePlus Ace 150W, Honor X40 GT, OPPO K10 5G, iQOO Neo 6 SE, iQOO Z6, realme 10 Pro+Redmi Note 12 5G.
        İkinci reytinqə 290$-dan 435$-a kimi olan qiymət göstəricisinə sahib olan smartfonlar daxil olub. İkinci reytinqin birinci yerini Lenovo Legion Y70, ikinci yerini Redmi K60, üçüncü yerini isə realme GT Neo 5 tutub. İkinci reytinqin ilk üçlüyündən sonra gələn smartfonların sıralanması belədir. iQOO Neo 7 SE, OnePlus Ace 2, Redmi K50 Gaming, iQOO Neo 7, Redmi K50, realme GT Neo 3OPPO K10 Pro 5G. Üçüncü reytinq 435$-dan 580$-a kimi olan qiymət göstəricisinə sahib smartfonlardan təşkil edilib. Beləliklə üçüncü reytinqin ilk yerini Redmi K60 Pro, ikinci yerini realme GT 2 Master Explorer, üçüncü yerini isə OnePlus 11 tutub. Üçüncü reytinqin ilk üçlüyündən sonra gələn smartfonların sıralanması belədir. Honor 80 GT, OnePlus Ace Pro, Xiaomi 13, iQOO 10, vivo X90, iQOO Neo 6 Honor 80 Pro.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər