
AnTuTu bençmarkı keçən ay istifadəçilərin ən çox razı qalmış olduqları Apple cihazlarının reytinqini təqdim edib
AnTuTu bençmarkı noyabr ayı üzrə istifadəçilərin ən çox razı qalmış olduqları Apple cihazlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 cihaz daxil olub və onlar həm iPad planşetlərini həm də iPhone smartfonlarını əhatə edirlər. Beləliklə keçən ay üzrə istifadəçilərin ən çox razı qalmış olduqları Apple cihazlarının ilk beşliyi belədir. iPad Pro 2 (10.5 düym ekran), iPad Air 4, iPhone 12 mini, iPhone SE 2 və iPad Pro 4 (12.9 düym ekran). İlk beşlikdən sonrakı cihazların sıralanması isə belədir. iPad Pro 2 (11 düym ekran), iPad Pro 3 (11 düym ekran), iPad Air 5, iPad mini 5 və iPhone 8.

Paylaş