
AnTuTu bençmarkı noyabr ayının qiymət-performans üzrə ən yaxşı Android smartfonlarının reytinqlərini təqdim edib
Cihazlar+
04.12.2023
Emil
AnTuTu bençmarkı noyabr ayının qiymət-performans üzrə ən yaxşı Android smartfonlarının reytinqlərini təqdim edib. Təqdim edilmiş reytinqlər müxtəlif qiymət kateqoriyasına daxil olan smartfonlardan təşkil olunublar. Beləliklə ilk reytinq 282$-a kimi satış qiymətinə sahib smartfonları əhatə edir. Bu reytinqin ilk beşliyi belədir. Redmi Note 12 Turbo, Redmi Note 11T Turbo, Redmi K60, Redmi Note 12T Pro və realme GT Neo5. İlk beşlikdən sonra gələn smartfonların sıralanması isə bu cürdür. OnePlus Ace Racing Edition, Redmi Note 11T Pro+, realme GT Neo5 SE, iQOO Z7 və iQOO Z8.

283$-dan 423$-a kimi satış qiymətinə sahib ən yaxşı Android smartfonlar reytinqinin ilk beşliyi belədir. Nubia Z50, realme GT5, iQOO Neo8, Redmi K60 Extreme Edition və Honor 60 GT. İlk beşlikdən sonrakı sıralanma belədir. Lenovo Legion Y700 (2023), OnePlus Ace 2 Pro, Meizu 20, OnePlus Ace 2 və OnePlus Ace Pro.

424$-dan 564$-a kimi satış qiymətinə sahib ən yaxşı Android smartfonlar reytinqinin ilk beşliyi belədir. iQOO 12, vivo X100, Nubia Z50S Pro, Xiaomi 14 və Meizu 20 Pro. İlk beşlikdən sonrakı smartfonların sıralanması bu cürdür. iQOO Neo8 Pro, vivo X90s, Redmi K60 Pro, Xiaomi 13 və iQOO 11S.

565$-dan yuxarı satış qiymətinə sahib ən yaxşı Android smartfonlar reytinqinin ilk beşliyi belədir. iQOO 12 Pro, vivo X100 Pro, Xiaomi 14 Pro, Red Magic 9 Pro+ və Galaxy S23. İlk beşlikdən sonrakı smartfonların sıralanması belədir. Honor Magic 5 Pro, OPPO Find X6 Pro, Xiaomi 13 Ultra, Huawei P60 və vivo X90 Pro+.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
