
AnTuTu bençmarkı noyabrın ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edib
AnTuTu bençmarkı noyabr ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub. Həmin smartfonlardan 5-i Snapdragon 8 Gen 3 prosessoru, 3-ü Snapdragon 8 Gen 2 prosessoru, 2-si isə MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışırlar. Beləliklə noyabr ayının ən güclü flaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. Nubia Red Magic 9 Pro+, vivo X100, iQOO 12, iQOO 12 Pro və vivo X100 Pro. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Xiaomi 14 Pro, Xiaomi 14, iQOO 11S, OnePlus Ace 2 Pro və vivo X90 Pro+.

Paylaş