
AnTuTu bençmarkı noyabrın ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib
Cihazlar+
01.12.2023
Emil
AnTuTu bençmarkı noyabr ayının ən güclü flaqman Android smartfonları reytinqi ilə yanaşı həmçinin keçən ayın ən güclü subflaqman Android smartfonları reytinqini də təqdim edib. Təqdim edilmiş bu reytinqə 10 smartfon daxil olub. Onlardan 1-i MediaTek Dimensity 8100 Max prosessoru, 2-si Dimensity 8200 Ultra prosessoru, 5-i Dimensity 8200 prosessoru, 2-si isə Snapdragon 7+ Gen 2 prosessoru vasitəsilə çalışırlar. Beləliklə keçən ayın ən güclü subflaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. Realme GT Neo5 SE, Redmi Note 12 Turbo, OPPO Reno 11 5G, iQOO Z8 və iQOO Neo7 SE. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Vivo S17 Pro, Redmi Note 12T Pro, Xiaomi CIVI 3, Redmi K60E və OnePlus Ace Racing Edition.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
