
AnTuTu benmarkı 2024-cü ilin fevral ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib
AnTuTu bençmarkı 2024-cü ilin fevral ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub. Reytinqdəki 10 smartfondan 6-sı Snapdragon 8 gen 3 prosessoru, 4-ü isə MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışır. Beləliklə AnTuTu-ya əsasən keçən ayın ən güclü flaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. OPPO Find X7, ASUS ROG Phone 8 Pro, iQOO 12, nubia Red Magic 9 Pro+ və vivo X100 Pro. İlk beşlikdən sonra gələn smartfonların sıralanması isə belədir. Vivo X100, iQOO Neo9 Pro, iQOO 12 Pro, nubia Z60 Ultra və OPPO Find X7 Ultra.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...