
AnTuTu bu ilin yanvar ayının qiymət-performans üzrə ən yaxşı Android smartfonlarının reytinqlərini təqdim edib
Cihazlar+
05.02.2024
Emil
AnTuTu bençmarkı 2024-cü ilin yanvar ayının qiymət-performans üzrə ən yaxşı Android smartfonlarının reytinqlərini təqdim edib. Ənənəyə sadiq qalaraq bu reytinqlərdə smartfonlar müxtəlif satış qiymətləri üzrə kateqoriyalara ayrılıb. Beləliklə ilk reytinqdə 277$-a kimi satış qiymətinə sahib smartfonlar yer alıblar. Bu reytinqin ilk beşliyi belədir. Redmi K70E, Redmi Note 12 Turbo, Redmi Note 12T Pro, OnePlus Ace Racing Edition və iQOO Neo7 SE. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. OnePlus Ace 2V, OPPO K10 5G, iQOO Z7, iQOO Z8 və Redmi Note 13 Pro.

İkinci reytinqə 277$-dan 417$-a kimi satış qiymətinə sahib smartfonlar daxil olublar. İkinci reytinqin ilk beşlyi belədir. iQOO Neo9, Redmi K70, Redmi K60 Extreme Edition, OnePlus Ace 3 və Redmi K60. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Realme GT5, iQOO Neo8, Honor X50 GT, vivo S18 və Honor 100.

Üçüncü reytinqə 418$-dan 556$-a kimi satış qiymətinə sahib smartfonlar daxil olublar. Üçüncü reytinqin ilk beşliyi belədir. Redmi K70 Pro, realme GT5 Pro, Meizu 21, vivo X90s və Xiaomi 13. İlk beşlikdən sonra gələn smartfonların sıralanması belədir. iQOO 11S, OPPO Reno 11 Pro 5G, vivo S18 Pro, Honor 100 Pro və Honor Magic 5.

Dördüncü reytinqə 556$-dan yuxarı satış qiymətinə sahib smartfonlar daxil olublar. Bu reytinqin ilk beşliyi belədir. OnePlus 12, iQOO 12 Pro, vivo X100 Pro, Xiaomi 14 Pro və Honor Magic 6. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Vivo X90 Pro+, OnePlus 11, Xiaomi 13 Pro, Honor Magic 5 Pro və Huawei P60.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
