main-post-cover

    AnTuTu ən performanslı flaqman və orta seqment Android smartfonların reytinqlərini təqdim edib

    Cihazlar+
    04.09.2020
    Emil Nəcəfov
        AnTuTu bençmark saytının tərtibatçıları Android smartfon bazarının ən güclü və orta səviyyəli smartfonlarının ənənəvi aylıq reytinqlərini təqdim ediblər. Təqdim edilmiş yeni reytinq müəyyən dərəcədə təəccübləndirib. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə 31 avqust tarixinə əsasən Android smartfonlar arasındakı ən güclü flaqman model Xiaomi Mi 10 Ultra olub. Sözügedən smartfon AnTuTu-da 646.730 xal toplayıb. Qeyd etmək lazımdır ki, Mi 10 Ultra modeli Snapdragon 865 prosessoru ilə təchiz olunub. Keçən il təqdim edilmiş prosessor vasitəsilə o hətta Snapdragon 865 Plus-a sahib ASUS ROG Phone 3-ü də geridə qoyub. ASUS ROG Phone 3 AnTuTu reytinqində 629.245 xal ilə üçüncü yerdə qərarlaşıb. Ən güclü Android smartfonlar reytinqi aşağıdakı kimidir:
    - Xiaomi Mi 10 Ultra
    - iQOO 5
    - ASUS ROG Phone 3
    - Xiaomi Black Shark 3S
    - Vivo x50 Pro+
    - OPPO Find X2 Pro
    - OPPO Find X2
    - Xiaomi Mi 10 Pro
    - iQOO Neo 3
    - Redmi K30 Pro.
        Orta səviyyəli smartfonlara gəldikdə isə bu reytinqdə birinci yeri MediaTek Dimensity 820 prosessoruna sahib Redmi 10X 5G smartfonu tutub. Ümumi olaraq orta səviyyəli smartfonlar reytinqindəki yerləri Redmi, Honor Huawei smartfonları öz aralarında bölüşüblər. Ən performanslı orta səviyyəli Android smartfonlar reytinqi aşağıdakı kimidir:
    - Redmi 10X 5G
    - Redmi 10X Pro 5G
    - Honor 30
    - Huawei nova 7
    - Huawei nova 7 pro
    - Honor X10
    - Honor 30S
    - Huawei nova 7 SE
    - Redmi K30 5G Extreme Edition
    - OPPO Reno 4 5G.
    Linki kopyala