
AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reytinqini təqdim edib. Bu reytinq siyahıda olan Android smartfonların performans göstəricilərini deyil, istifadəçilərin onlardan nə dərəcədə razı qaldıqlarına hədəflənib. Beləliklə AnTuTu tərəfindən istifadəçilərin seçimləri əsasında tərtib edilmiş reytinqin ilk beşliyi bu cürdür. Meizu 20 Pro, Huawei P60 Pro, vivo X90 Pro+, Nubia Z50 Ultra və OPPO Find X6 Pro. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Xiaomi 13 Pro, Honor Magic5 Pro, Galaxy S23 Ultra, Honor Magic5 Supreme Edition və Honor X40 GT.