Logo
    main-post-cover

    AnTuTu iyulun qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarını təqdim edib

    Cihazlar+
    02.08.2023
    Emil
        AnTuTu bençmarkı iyul ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqlərini təqdim edib. Təqdim edilmiş reytinqlərə daxil olmuş smartfonlar müxtəlif qiymət kateqoriyalarını əhatə edirlər. Beləliklə iyul ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının 278$-a kimi olan qiymət kateqoriyasında yerləşən modellərinin ilk beşliyi belədir. Redmi Note 12 Turbo, OnePlus Ace Racing Edition, Redmi Note 12T Pro, Redmi Note 11T ProHonor X40 GT. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Redmi K60E, OPPO K10 5G, iQOO Z7Huawei nova 10.
        279$-dan 417$-a kimi olan qiymət kateqoriyasında yerləşən modellərin ilk beşliyi belədir. Redmi K60, Nubia Z50, Xiaomi 12S, Xiaomi 12S ProiQOO Neo8. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Realme GT Neo 5, OnePlus Ace Pro, realme GT Neo5 SE, OnePlus Ace V2OnePlus Ace 2.
        418$-dan 556$-a kimi olan qiymət kateqoriyasında yerləşən modellərin ilk beşliyi belədir. iQOO Neo8 Pro, Redmi K60 Pro, Nubia Z50S Pro, iQOO 11SNubia Z50 Ultra. İlk beşlikdən sonra gələn smartfonların sıralanması belədir. OnePlus 11, Xiaomi 13, vivo X90s, realme GT 2 Master Explorer EditionOPPO Reno10 Pro+ 5G.
        557$-dan daha yuxarı qiymət kateqoriyasında yerləşən modellərin ilk beşliyi belədir. Nubia Red Magic 8S Pro, OPPO Find X6, vivo X90 Pro, iQOO 11 ProXiaomi 13 Pro. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. Honor Magic 5 Pro, OPPO Find X6 Pro, Xiaomi 13 Ultra, vivo X90 Pro+Huawei P60.
    Paylaş
    Bənzər xəbərlər