
AnTuTu iyun ayının ən güclü orta səviyyəli Android smartfonlarının reytinqini təqdim edib
AnTuTu bençmarkı iyun ayı üzrə ən güclü orta səviyyəli Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə daxil olan 10 smartfondan yalnız ikisi Snapdragon prosessoruna sahibdir. Yerdə qalan 8 smartfon MediaTek şirkətinin prosessorları ilə təchiz olunublar. Beləliklə reytinqin ilk pilləsini Redmi Note 12 Turbo smartfonu tutub. İkinci yeri realme GT Neo 5 SE, üçüncü yeri iQOO Neo 7 SE, dördüncü yeri vivo S17 Pro, beşinci yeri isə Xiaomi CIVI 3 tutub. İlk beşlik arasında Snapdragon prosessoru vasitəsilə çalışan smartfonlar məhz Redmi Note 12 Turbo ilə realme GT Neo 5 SE-dir. Onlar Snapdragon 7+ Gen 2 prosessoru vasitəsilə çalışırlar. İlk beşlikdən sonra gələn sıralanma isə bu cürdür. Redmi Note 12T Pro, Redmi K60E, OnePlus Ace Racing Edition, OPPO Reno 9 Pro 5G və realme GT Neo 3.
Paylaş
Bənzər xəbərlər