
AnTuTu mart ayının ən güclü Apple cihazlarının reytinqini təqdim edib
AnTuTu bençmark saytı mart ayı üzrə ən güclü Apple cihazlarının reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 cihaz daxil olub. 10 cihazdan ilk 5-i müxtəlif iPad modellərini əhatə edir. Reytinqin iPhone-lar ilə bağlı hissəsində isə maraqlı bir hal yaşanıb. Belə ki, iPhone 14 Pro Max-ın test nəticələri iPhone 14 Pro-nun test nəticələrindən daha aşağı olub. Nəticədə iPhone 14 Pro modeli iPhone 14 Pro Max-dan bir pillə yuxarıda qərarlaşıb. Beləliklə AnTuTu tərəfindən təqdim edilmiş reytinqin ilk beşliyini iPad planşetləri tutublar.
Sıralanma bu cürdür. iPad Pro 6 (M2 prosessoru və 12.9 düym ekran), iPad Pro 6 (M2 Prosessoru və 11 düym ekran), iPad Pro 5 (M1 prosessoru və 12.9 düym ekran) və iPad Pro 5 (M1 prosessoru və 11 düym ekran). İlk beşlikdən sonra gələn cihazların sıralanması isə bu cürdür. iPhone 14 Pro (A16 Bionic prosessoru), iPhone 14 Pro Max (A16 Bionic prosessoru), iPhone 13 Pro Max (A15 Bionic prosessoru), iPad Pro 3 (A12X Bionic prosessoru və 12.9 düym ekran) və iPad Pro 4 (A12X Bionic prosessoru və 12.9 düym ekran).
Paylaş
Bənzər xəbərlər